Nokia 6303i Classic -  Xəritələr haqqında

background image

Xəritələr

Xəritələrlə siz müxtəlif şəhər və ölkələrin xəritələrini nəzərdən keçirə, maraqlandığınız

ünvan və nöqtələri axtara və marşrutu planlaşdıra bilərsiniz.

Xəritələr haqqında
Bluetooth texnologiyasından istifadə edərək xarici GPS qəbuledicisini qoşduğunuz

zaman siz cari yerinizi görə bilərsiniz.

Siz habelə səs təlimatı ilə naviqasiya xidməti üçün lisenziya əldə edə bilərsiniz. Bu

xidmət bəzi ölkələrdə və ya regionlarda mövcud deyil.

Əgər cihazınızda yaxud yaddaş kartında xəritələr mövcuddursa, siz onları İnternet

bağlantısı olmadan nəzərdən keçirə bilərsiniz. Cihazınıza artıq yüklənmiş xəritələrdə

əhatə olunmayan əraziyə baxdığınız zaman həmin ərazi üçün xəritə avtomatik olaraq

İnternetdən yüklənilir. Sizdən İnternet bağlantısı ilə istifadə ediləcək giriş nöqtəsini

seçmək xahiş oluna bilər.

Xəritələrin yükləməsi zamanı xidmət provayderinizin şəbəkəsi ilə böyük həcmdə

məlumat ötürülməsi ola bilər. Məlumat göndərmə qiymətləri ilə bağlı məlumat almaq

üçün xidmət təminatçınızla əlaqə saxlayın.

Xəritələri cihazınıza yükləmək üçün siz həmçinin Nokia Map Loader PC proqramından

istifadə edə bilərsiniz. Uyğun olan kompyuterdə Nokia Map Loader proqramını

yükləmək üçün www.nokia.com/maps baxın.

Menyu

>

Proqramlar

>

Xəritələr

və aşağıdakılardan seçin:

Sonuncu xəritə — Ən son göstərilmiş xəritəni açın.
Ünvanı tap — Müəyyən bir ünvanı axtarın.
Saxlanılan yerl. — Cihazınızda saxladığınız yeri axtarın.
Son yerlər — Nəzərdən keçirdiyiniz yerlərə baxın.
Hazırki mövqeyi — GPS bağlantısı mövcuddursa, cari yerinizə baxın.
Marşr. planlaş. — Marşrutu planlaşdırın.
Əlavə xidmətlər — Naviqasiya üçün lisenziyanı əldə edin.
Parametrlər — Parametrləri müəyyən edin.

Demək olar ki bütün rəqəmli kartoqrafiya müəyyən dərəcədə qeyri-dəqiqdir və tam

deyil. Yalnız bu cihazda istifadə üçün nəzərdə tutulmuş kartoqrafiyaya etibar etməyin.

Xəritələr

51