
Yaddaş kartının daxiledilməsi və cıxardılması
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Telefonunuz 8 GB-a qədər microSD kartlarını dəstəkləyir.
İşə başlayın
7

Yaddaş kartının daxiledilməsi
1 Arxa qapağı açın.
2 Kartı yaddaş kartı yerinə kontakt yerləri üzüaşağı olmaq şərtilə daxil edin və yerinə
tutana qədər basın.
3 Arxa qapağı yerinə taxın.
Yaddaş kartının çıxardılması
Mühüm: Karta daxil olarkən, əməliyyat zamanı yaddaş kartını çıxarmayın. Bunun
edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Cihazı söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.
1 Heç bir proqramın yaddaş kartından cari istifadə etmədiyinə əmin olun.
2 Arxa qapağı açın.
3 Yaddaş kartını yavaş daxilə basın ki, kilidi buraxasınız və yaddaş kartıını çıxarın.
4 Arxa qapağı yerinə taxın.